Makaron və düyü yenidən qızdırıldıqda insanları zəhərləyirmi? – İzah
Son günlərdə bir sıra yeməklərin təkrar qızdırılacağı halda orqanizmdə ciddi problemlər yaradacağı barədə məlumatlar tirajlanır.
Tacxeber.com xəbər verir ki, nutrisioloq Aytən Xaqan bu məsələyə aydınlıq gətirib. O, “makaron və düyü yenidən qızıdırıldıqda insanları zəhərləyirmi?” sualına belə cavab verib:
“Makaron və düyünü bişirdikdə və 2 saatdan artıq otaq temperaturunda saxladıqda onların tərkibində olan toksik maddələr aktiv hala gəlir. Bu yeməklər yenidən isidilərsə, sizi zəhərləmə ehtimalı arta bilər.