• 31 Yanvar 2025 23:03

Azərbaycanın qarşısında dura bilməyəcəklər – Alman ekspert 

Avropa daxili böhranlarını həll edə bilmədiyindən Avropa İttifaqının təhlükəsizlik və infrastruktur layihələrinə investisiyalar da daxil olmaqla öz iştirakını artırmağa çalışdığı Cənubi Qafqaz kimi qonşu regionlarda ciddi oyunçu deyil.

 

Tacxeber.com xəbər verir ki, bunu Almaniyanın xarici əlaqələr şurasının üzvü Ştefan Mayster erməni mediasına müsahibəsində deyib.

 

Meyster hesab edir ki, missiya yerlərdə iştirak etməyə, regionda daha fəal rol oynamağa və daha da gərginliyin qarşısını almağa çalışır və bu, tamamilə Avropa İttifaqının maraqlarına uyğundur.

 

Bununla belə, alman ekspert hesab edir ki, əgər Azərbaycan Ermənistanın cənubunda Zəngəzur dəhlizi ilə bağlı hər hansı hərəkət edərsə, müşahidə missiyasının buna mane olacağını düşünmür. “Azərbaycan belə bir qərara gələn kimi, missiya sərhədyanı rayonlardan kənara çıxacaq. Mən Avropa İttifaqından Ermənistana hərbi dəstək verəcəyini də gözləmirəm”, – o qeyd edib.

 

Qərbin Azərbaycana sanksiyalar tətbiq etməsinə gəldikdə isə Mayster bildirib ki, Aİ-nin bəzi üzvləri Azərbaycan qazının əsas idxalçıları olduğundan Bakının da Aİ üzərində müəyyən rıçaqları var: “Ona görə də Avropa İttifaqının Azərbaycana qarşı sanksiyalar tətbiq edəcəyinə əmin deyiləm. Çünki Aİ-yə üzv olan bəzi dövlətlər Azərbaycan qazından asılıdır və ya bu dəhlizin açılmasında maraqlıdırlar və Azərbaycana qarşı birgə sanksiyaların tətbiqi cəhdinin qarşısını alacaqlar”, – o vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər