Yaponiyada selfi çəkənlərlə bağlı qərar qəbul edilib
Yaponiyada selfi çəkənlərlə bağlı yeni qərar qəbul edilib.
Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, turistik Otaru şəhəri gözəl mənzərələri ilə olduğu kimi, həm də dik yamacları ilə də məşhurdur. Bu da selfi çəkərkən ölüm ehtimallarının daha çox olması deməkdir.
Dünyada təhlükəli ərazilərdə selfi çəkən çox sayda insanın ölməsindən sonra təhlükəsizlik tədbirlərinin görülməsinə qərar verilib.
Bu ölkədə baş tutacaq Ay yeni ili bahar festivalından əvvəl təhlükəli yerlərdə selfi çəkilməsinin qarşısını almaq üçün xüsusi şəxslər işə götürülüb.