Qubada meteoroloji dopler radar quraşdırıldı
Qubanın II Nügədi kəndi ərazisində meteoroloji dopler radar quraşdırılıb.
Tacxeber.com xəbər verir ki, bu gün baxışı keçirilən avtomatlaşdırılmış cihaz vasitəsilə 100-150 km radiusda gözlənilən dolu-leysan ilə bağlı öncədən məlumat əldə etmək mümkün olacaq.
Məlumata görə, dopler hava radarı atmosfer proseslərini izləməyə imkan verəcək.