Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli deputata dərs verdi
Türkiyənin Ağrı vilayətinin AK Partiyalı sabiq bələdiyyə başqanı Savcı Sayan erməni əsilli sabiq millət vəkili Qaro Paylanın Azərbaycan və Türkiyə haqqındakı sərsəm açıqlamaları ilə bağlı paylaşım edib.
Tacxeber.com xəbər verir ki, Savcı Sayan Qaro Paylanın videosunu paylaşaraq, “Bu da atası kimi rəqs edir”, – deyə yazıb.
Qeyd edək ki, Savcı Sayan 44 günlük Vətən müharibəsində daim Azərbaycana dəstək nümayiş etdirib. Onun rəhbərlik etdiyi bələdiyyənin təşkilatçılığı ilə 2020-ci ildə Ağrı dağının Ermənistana baxan tərəfində Azərbaycan və Türkiyə bayraqlarının video proyeksiya ediləcəyi ilə bağlı xəbər yayılmışdı. Sabiq bələdiyyə başqanı bununla bağlı öz sosial şəbəkə hesablarında paylaşım etmişdi.