• 23 Noyabr 2024 06:06

Kəmaləddin Heydərov polkovniki işdən çıxardı

Kəmaləddin Heydərov polkovniki işdən çıxardı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin müavini, polkovnik Elsəvər Həsən oğlu Quliyev vəzifəsindən azad olunub.

Tacxeber.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Polkovnik digər əmrlə FHN-nin nəzdində olan qurumların birinə rəis müavini təyin edilib.

Qeyd edək ki, Kəmaləddin Heydərov Elsəvər Quliyevi ötən ilin dekabr ayında Xüsusi Riskli Xilasetmə Xidmətinə rəis müavini təyin etmişdi.

Tacxeber.az

Oxşar xəbərlər