• 03 Fevral 2025 17:00

Bələdiyyə seçilən ən yaşlı qadın deputatdan şikayət etdi

Xəbər verdiyimiz kimi, yanvarın 29-da Azərbaycanda mövcud olan 685 bələdiyyəyə seçkilər keçirilib. 685 bələdiyyəyə 8071 üzv seçilməli idi və bu bələdiyyələr Azərbaycanda mövcud olan 125 dairənin 118-nin ərazisini əhatə edib.

 

Seçkilərdə iştirak edən ən yaşlı qadın namizəd Fatma Hüseynova olub. Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 68 saylı Sabirabad-Şirvan seçki dairəsində Qaratəpə bələdiyyəsi üzrə namizədliyi irəli sürülüb. O, bələdiyyə üzrə ən çox səs toplayan namizəd olub.

 

Modern.az sosialist əmək qəhrəmanı, sabiq deputat Fatma Hüseynova ilə həmsöhbət olub.

 

O bildirib ki, bələdiyyə sistemi yaranandan bu sistemdə çalışır:

 

“Xalqın məni istədiyini seçkilərdə bir daha gördüm. Seçicilərim hamısı deyirdi ki, digər namizədlərə baxmadan Fatma xanıma səs verdik. Əvvəlki bələdiyyəmizdə əhatə dairəsi daha az olduğu üçün işlərimiz nisbətən daha rahat idi. İndi isə birləşən bələdiyyələrin idarəsi daha məsuliyyətli olacaq. Mən seçicilərimin etibarını doğrultmalıyam”.

 

Müsahibimiz qeyd edib ki, 25 il millət vəkili olaraq fəaliyyət göstərib:

 

“Bizim dairədən də Kamal Cəfərov seçildi. Mən həmişə onlara misal gətirirəm ki, siz xalqın elçisisiniz. Mən o yolu gedib qayıtmışam, siz indi gedirsiniz. Xalqa söz verirsiniz ki, bu işlər görüləcək, amma əməl etmirsiniz. Yerinə yetirməyəcəyiniz işə xalqı arxayın etməyin. Xalqım məni seçibsə, mən həmişə olduğu kimi onlar üçün çalışacam. Artıq insanlarım üçün ikiqat artıq çalışacam”.

Tacxeber.com

Oxşar xəbərlər