• 04 Fevral 2025 22:46

Saleh Məmmədovun müavinlərinin sayı artırıldı – FƏRMAN

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin tərkibi genişləndirilib.

Tacxeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Agentliyin İdarə Heyətinin (İH) üzvlərinin sayı 3-dən 4-ə, o cümlədən İH sədrinin müavinlərinin sayı 2-dən 3-ə çatdırılıb.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovdur.

Tacxeber.com

Oxşar xəbərlər