• 05 Fevral 2025 17:03

Paşinyandan mesaj: “Azərbaycanla sülh müqaviləsini yekunlaşdırıb onu imzalaya biləcəyik”

Son illərdə Azərbaycanla sülh prosesində böyük irəliləyişlər əldə etdik.

 

Tacxeber.com xəbər verir ki, bunu Atlantik Şurasında (Antlantic Council) çıxışı zamanı Nikol Paşinyan deyib

 

O, moderatorun suallarını cavblandırarakən vurğulayıb:

 

“Bilirsiniz ki, ölkəmizin dörd sərhədindən ikisi tamamilə bağlıdır, mən Türkiyə və Azərbaycanla sərhədlərimizi nəzərdə tuturam. Daha iki sərhədimiz var: Gürcüstan və İranla. Təbii ki, bu iki sərhəd bizim üçün çox önəmlidir, biz əməkdaşlıq edirik, iki qonşumuz olan Gürcüstan və İranla yaxşı münasibətlərimiz var, amma Türkiyə və Azərbaycanla münasibətlərimizdə yeni dövr açmaq istəyirik.

 

Son illər Azərbaycanla sülh prosesində böyük irəliləyişlər əldə etdik. Bu irəliləyişi sizə aydınlaşdırmaq üçün deyim ki, hazırda Azərbaycanla sülh müqaviləsi layihəsini müzakirə edirik və bu müqavilənin 17 bəndindən 15-i üzrə artıq tam razılıq əldə etmişik. Ümid edirik ki, bu prosesi mümkün qədər tez başa çatdıracağıq”.

 

Ermənistan baş naziri əlavə edib: “Təbii ki, Azərbaycanla ikitərəfli formatda işləyirik, lakin təbii ki, davamlı sülhə nail olmaq üçün müvafiq mühitin yaradılması üçün beynəlxalq ictimaiyyətin diqqəti və dəstəyi çox faydalı olardı”.

 

Paşinyan çıxışının davamında qeyd edib:

 

“Əlbəttə, ümid edirik ki, regional vəziyyətimizdə sıçrayış olacaq və  Azərbaycanla sülh müqaviləsini yekunlaşdırıb onu imzalaya biləcəyik”.

Tacxeber.com

Oxşar xəbərlər