Hər səhər 1 stəkan içəndə qanı təmizləyir – Hicamaya ehtiyac qalmır
Xurma çayı orqanizmi toksinlərdən təmizləməyə və ümumi sağlamlığı dəstəkləməyə kömək edən təbii içkidir.
Tacxeber.com milli.az-a istinadən xəbər verir ki, qurudulmuş xurmaların qaynar suda dəmlənməsi nəticəsində əldə edilən bu içki, vitamin, mineral və antioksidantlarla zəngindir. Xüsusilə qaraciyərin yükünü yüngülləşdirərək toksinlərin daha sürətli atılmasını təmin edir.
Xurma çayı bağırsaq fəaliyyətini yaxşılaşdıraraq həzm sistemini dəstəkləyir və qəbizliyin qarşısını alır. Mədə problemlərinə, xüsusilə qastrit və xora kimi narahatlıqlara qarşı qoruyucu təsir göstərə bilər. Enerji verici xüsusiyyəti sayəsində səhərlər yorğun oyanan insanlar üçün ideal seçimdir. Beyin fəaliyyətini dəstəkləyərək gün boyu dinamik qalmağa kömək edir. Bundan əlavə, tərkibindəki kalium sayəsində qan təzyiqini tənzimləyir və ürək sağlamlığını qoruyur.