• 08 Fevral 2025 22:06

Türkiyənin ən bahalı şəxsi təyyarəsini görün kim aldı – FOTO

Türkiyədəki ən lüks və ən bahalı şəxsi təyyarə “Gulfstream G700 Acıbadem Sağlıq Qrupu İdarə Heyətinin sədri Mehmet Ali Aydınlar tərəfindən alınıb.

 

Tacxeber.com milli.az-a istinadən xəbər verir ki, pandemiya dövründə aldığı “Gulfstream G650” modelini hazırda istifadə edən Mehmet Ali Aydınlar yeni sifariş verdiyi Gulfstream G700 jetini bu ilin son rübündə təhvil alacaq. Türkiyədə bir çox şəxsi təyyarə olsa da, ən bahalı, ən lüks, ən uzun mənzilli və ən son texnologiya ilə təchiz olunmuş “Gulfstream G700” ilə Mehmet Ali Aydınlar  uçacaq.

 

Gulfstream G700 20 panoramik pəncərəsi və 19 sərnişinə qədər geniş yerləşmə sahəsi ilə olduqca lüks kabinə sahibdir. Təyyarə G500, G600, G400 və G800 modellərində istifadə olunan “Honeywell” kokpiti ilə təchiz edilib. Bundan əlavə, “fly-by-wire” idarəetmə sistemi və aktiv idarəetmə çubuqları ilə yüksək səviyyədə idarəetmə rahatlığı təmin edir.

 

G700 xüsusilə G700/G800 üçün dizayn edilmiş yeni qanadcıq sistemi sayəsində daha yüksək aerodinamik səmərəliliyə malikdir. Rolls-Royce Pearl 700 mühərrikləri gözləniləndən daha yaxşı performans göstərərək təyyarəyə Mach 0.935 maksimum sürət qazandırır. Kabinin təzyiq səviyyəsi isə eyni sinifdəki digər təyyarələrlə müqayisədə daha aşağıdır. G700 41.000 fut yüksəklikdə 2.840 fut və 51.000 fut maksimum yüksəklikdə 4.850 fut kabin təzyiqi ilə bütün iş jetləri arasında ən aşağı kabin təzyiqinə sahibdir.

Tacxeber.com

 

 

Oxşar xəbərlər