Teymur əminin “paslı tüfəngi” – Mətanət əhvalatı danışdı
Mətanət Əsədova illər öncə mərhum sənətçi Teymur Mustafayevlə muğam oxuyarkən başına gələn hadisədən danışıb.
Tacxeber.com olay-a istinadla xəbər verir ki, müğənni qeyd edib:
“Verilişlərin birinə rəhmətlik Teymur Mustafayevi də dəvət etmişdilər. Muğam oxuyuruq. Aparıcı qulağına dedi ki, “tüfəng”i oxu. Elə düşündüm ki, “Boz at, səni sərtövlədə saxlaram”ı nəzərdə tutur. Bir də görürəm, kişi ordan deyir ki, tüfəngim paslanıb. Mənasını da bilmirəm, gülürəm.
Efirdən sonra deyirlər, ay Mətanət, sən bilirsən o nə deyir? Deyir ki, tüfəngim paslanıb, ata bilmirəm. Başa saldılar nə demək istəyir.
Bacım da deyir ki, niyə onun qulağının dibindən vurmadın? Dedim, kimin qulağının dibindən? Sənətkardır, babam yaşındadır, fundamentim hələ fikirləşilməmişdi, Teymur Mustafayev var idi.