• 11 Fevral 2025 22:13

Tramp 1 penninin buraxılışını qadağan etdi

ABŞ prezidenti Donald Tramp Maliyyə Nazirliyinə “israf”a görə qəpik sikkələrin (1 penni) istehsalını dayandırmağı əmr edib.

 

Tacxeber.com Newsweek-ə istinadla xəbər verir ki, bu qərara o, Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskın tövsiyəsinə əsasən gəlib.

 

“Birləşmiş Ştatlar çox uzun müddətdir ki, 1 penni zərb etdirir, bu, bizə 2 sentdən baha başa gəlir. Bu, böyük israfçılıqdır. Mən xəzinədarlıq katibimə yeni qəpiklər buraxmağı dayandırmağı tapşırmışam”, – deyə Tramp yazıb.

 

ABŞ Sikkəxanası 2024-cü maliyyə ilində hasil edilən təxminən 3,2 milyard penniyə görə 85,3 milyon dollar ziyana düşüb. Hər bir qəpiyin istehsalı təxminən 0,037 dollar təşkil edir.

Tacxeber.com

Oxşar xəbərlər