Somali Prezidenti Azərbaycana yola düşdü – VİDEO
Somali Prezidenti Həsən Şeyx Mohamud bu gün Azərbaycana səfərə yola düşüb.
Tacxeber.com bu barədə Somali mətbuatına istinadən xəbər verir.
“Xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin Moqadişoya səfərindən səkkiz gün sonra Somali Prezidenti Həsən Şeyx Mohamud Azərbaycana səfərə gedib. Bu, iki ölkə arasında diplomatik qarşılıqlı fəaliyyətin artmasından xəbər verir”, – deyə məlumatda bildirilir.