• 09 İyun 2025 11:00

Azərbaycanlı iş adamı futbolçuların pulunu vermir

 Azərbaycanlı iş adamı futbolçuların pulunu vermir
Paylaş

Azərbaycanlı iş adamı Tufan Sadıqova məxsus Rusiyanın “Ximki” klubunda futbolçuların əmək haqlarının verilməsində gecikmələr yaranıb.

 

Komanda üzvləri 2024-cü ilin noyabr və dekabr aylarının maaşlarını hələ ala bilməyiblər. Bununla əlaqədar oyunçular Türkiyədəki qış təlim-məşq toplanışında yoldaşlıq görüşünü boykot etməyə hazırlaşırlar.

 

Sadıqov yaxın günlərdə borcu bağlasa, futbolçular etiraz aksiyasını ləğv edə bilərlər. O, 2024-cü ilin dekabrında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdı. İş adamı dələduzluqda ittiham olunurdu.

 

Qeyd edək ki, “Ximki” hazırda Rusiya Premyer Liqasında 18 oyundan 16 xalla 13-cü yerdə gedir.

Tacxeber.com

Oxşar xəbərlər