• 13 Fevral 2025 17:45

Bütün ailə “TikTok”dadır – İzzət Bağırov

“Bu gün görürsən ki, əlində təsbeh tutub zikr etməli və nəvələri ilə oynamalı olan ağbirçək bir nənə bütün günü “TikTok”dadır”.

 

Tacxeber.com olay-a istinadla xəbər verir ki, bunu müğənni İzzət Bağırov deyib.

 

O əlavə edib: “Baba, nənə, ata, ana, övlad, məktəbli, tələbə hətta körpə uşaq da “TikTok”dadır. Körpənin də başını qatmaq üçün telefonu əlinə veriblər. Bütün ailə “TikTok”dadır. Hamı da onlarınm səhifələrinə daxil olur. Çünki onlara onlar maraqlıdır. O da baxıb görür ki, yaşından fərqi olmayraq bütün nəslin nümayəndələri onun izləyicisidir.

 

Sonra deyirik ki, bu niyə belə oldu? O özü heç nə eləmədi ki… Onu kim qaldırıb, yüksəltdi, ucaltdı? Biz, yəni camaat elədi də…”

Tacxeber.com

Oxşar xəbərlər