İş adamları Rusiyada sıxışdırılır? – Rəhimovdan açıqlama
“Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə qarşı cavab tədbiri olaraq azərbaycanlılara məxsus bazarların bağlanması barədə xəbərlər həqiqəti əks etdirmir”.
Tacxeber.com xəbər verir ki, bu barədə azərbaycanlı iş adamı İlham Rəhimov Musavat.com-a açıqlamasında bildirib.
İ.Rəhimovun sözlərinə görə, yayılan məlumatlar tamamilə əsassızdır və reallıqla uzlaşmır.
“Bu barədə yayılan xəbərlər, o cümlədən Qod Nisanova, mənə məxsus olan logistika və Ticarət Mərkəzlərində hər hansı yoxlamaların aparılması, yaxud qisas tədbirlərinin həyata keçirilməsi kökündən yanlış məlumatlardır. Bunu ya bilməyərəkdən, ya da bilərəkdən yayırlar”, – deyə iş adamı əlavə edib.