“ABŞ əlini çəksə, Ukrayna dərhal çökər” variantı da keçərli deyil.

Türk qardaşlarımız demişkən, “kifayetsiz muhteris” (bir işi görmək üçün kvalifikasiyası olmayan) Trampın açıqlamalarından sonra amerikalı sözçülər son saatlarda vəziyyəti düzəltməyə çalışıblar. (Görünür, haradansa xəbərdarlıq gəlib).
Vitse-prezident Vens bildirib ki, Rusiya Ukraynanın müstəqilliyini və təhlükəsizliyini təmin edəcək sülh variantına razı olmasa, ABŞ Ukraynaya hərbi kontingent göndərəcək və Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcək. Müdafiə naziri Heqset əvvəlki sözlərinə düzəliş edərək deyib ki, Ukraynanın heç vaxt NATO üzvü olmayacağını söyləməyib, söhbət yalnız indiki mərhələdən gedir. Eyni zamanda, o qeyd edib ki, Ukraynaya nüvə silahı verilməsi də istisna deyil. (Bu, əlbəttə ki, real deyil, məqsəd Rusiyaya “xox” gəlməkdir). Trampın Ukrayna üzrə xüsusi nümayəndəsinin müavini Koul bəyan edib ki, gələcəkdə Ukraynanın öz ərazi bütövlüyünü bərpa etməsini və NATO-ya qəbul olunmasını istisna etmirlər.