Türkiyədə 250 min insan süni intellektlə “eşq yaşayır”
Dünyada getdikcə populyarlaşan süni intellekt tanışlıq tətbiqlərinin təsiri Türkiyədə də görünməyə başlayıb.
Tacxeber.com xəbər verir ki, mövcud məlumatlara görə, Türkiyədə 250 min insan süni intellektlə “eşq yaşayır”. Mütəxəssislər xəbərdarlıq edir ki, bu rəqəmsal sevgi çılğınlığı psixoloji və sosial risklər daşıyır.
İnsanlar xüsusi olaraq onlar üçün proqramlaşdırılmış rəqəmsal tərəfdaşlarla mesaj yazır, söhbət edir və emosional bağlar yaradırlar. Hətta bəzi istifadəçilər keçmiş həyat yoldaşlarının və ya sevgililərinin xüsusiyyətlərini virtual partnyorlarına əks etdirirlər.