Mask dünyanın ən ağıllı süni intellektini yaratdı – Sabah təqdim olunacaq

Amerikalı milyarder İlon Mask dünyanın ən ağıllı süni intellektini yaradıb.
Tacxeber.com xəbər verir ki, bu barədə Mask Dubayda keçirilən konfransda məlumat verib.
Maskın sözlərinə görə, yeni “Grok-3” çat-botu həddən artıq ağıllıdır və insanları təəccübləndirəcək həllər tapa bilir.
Bundan başqa yeni süni intellekt “ChatGPT”yə nisbətən daha yaxşı işləyəcək.