İmtahana satışı qadağan olunmuş kameralı eynək keçirdi
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (1-ci cəhd) keçirib.
Tacxeber.com xəbər verir ki, imtahanda iştirak etmək üçün 21926 bakalavr ərizə təqdim edib. İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon aşkar olunub. 1 nəfərdə isə qanunla istifadəsi və satışı qadağan olunan mini kameralı eynək, xüsusi ötürücü qurğu və qulaqlıq aşkar olunub. Müvafiq hallar protokollaşdırılaraq həmin şəxslər imtahandan xaric olunublar.