Tramp: Putinin istəyi bizim üçün problem olacaq
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Ukrayna böhranının həlli ilə bağlı danışıqlar aparmaq istəməməsinin Vaşinqton üçün böyük problem olacağını deyib.
Tacxeber.com xəbər verir ki, o, bunu jurnalistlərə açıqlamasında deyib. Bundan əlavə o qeyd edib ki, lakin Rusiya lideri sülhə can atır.
“Düşünürəm ki, o, məsələnin öhdəsindən gəlmək istəyir və onlar (ruslar) bunu tez bir zamanda həll etmək istəyirlər”,- deyə Tramp əlavə edib.