• 22 Fevral 2025 02:13

Keçmiş deputatla bağlı araşdırma başlaya bilər: Köçkünlər üçün keyfiyyətsiz bina?

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) rəhbəri Zaur Hüseynovun, ardında Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədovun işdən çıxarılması yeni kadr islahatlarının anonsu sayıla bilər. 

 

32gun.az xəbər verir ki, müşahidələr görə, dövlət qurumlarında kadr dəyişikləri davam edəcək. Digər tərəfdən, istər Zaur Hüseynovun, istərsə də Bəhruz Məmmədovun işdən çıxarılması “Bakı Metropoliteni” QSC və ANAMA-da aparılan yoxlamaların nəticəsi kimi dəyərləndirilir.

 

Yoxlamaların digər qurumlarda aparılacağı gözlənilir. İddia olunur ki, növbədə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ola bilər. Fond vaxtaşırı satınalma müsabiqələri keçirir. Ehtimal olunur ki, yoxlamalar da əsasən satınalmalarla bağlı ola bilər.

 

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadədir. Mahir Abbaszadə Milli Məclisin V və VI çağırış deputatı olub.  Sonuncu parlament seçkilərində o, parlamentdən kənarda saxlanıldı. Hələ o zaman bu, Mahir Abbaszadənin artıq etimadı itirməsi kimi qiymətləndirilirdi.

 

Bundan başqa, bir müddət əvvəl Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun inşa etdiyi yaşayış binaları ilə bağlı sosial şəbəkələrdə paylaşımlar edilirdi. Həmin paylaşımlarda mənzillərinin keyfiyyətsiz inşa edildiyi bildirilirdi.

 

Ona görə də növbəti dalğada ilk olaraq Mahir Abbaszadənin fəaliyyətinin yoxlanılması və müvafiq tədbirlərin görüləcəyi real görünür.

Tacxeber.com

Oxşar xəbərlər