“TikTok”da canlı yayım açan cərraha xəbərdarlıq edildi
Əməliyyat zamanı “TikTok”da canlı yayım açan cərraha xəbərdarlıq edilib.
Yenisabah.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Cərrah Ruslan Ağayev Səhiyyə Nazirliyinə dəvət olunub və nazirliyin müvafiq şöbəsinin əməkdaşları tərəfindən onunla söhbətlər aparılıb:
“Səhiyyə Nazirliyinin 137 nömrəli əmri – “Həkimin Etik Davranış Qaydaları”nın müvafiq bəndlərinin tələblərinə riayət olunmasının vacibliyi ilə bağlı ona xəbərdarlıq edilib”.