Zelenski dərhal Ukraynanı tərk etsin! – Ağ Ev yer də tapıb
Trampın ətrafı hesab edir ki, Ukrayna prezidentinin Ukraynanı indi tərk etməsi daha yaxşıdır və hətta ona hara getməli olduğunun mesajını veriblər.
Tacxeber.com xəbər verir ki, bu barədə “New York Post” yazır.
Nəşrin yazdığına görə, Trampla Zelenski arasındakı gərgin münasibətlər son həftədə açıq düşmənçiliyə çevrilib.
“Vaşinqton və Kiyev arasında münasibətlərin pisləşməsi qəfil görünsə də, Ağ Evdəki müzakirələrdən xəbərdar olan mənbə deyib ki, bu, onun üçün xəbər deyil: “Mən aylar əvvəl eşitmişdim ki, seçkilər və yeni rəhbərlik vaxtıdır”.
Trampa yaxın olan ikinci mənbə bu qiymətləndirmə ilə razılaşaraq deyib ki, Zelenski və dünya üçün ən yaxşı variant onun dərhal Fransaya getməsi olacaq”, – nəşr yazıb.
Qeyd edilib ki, Ağ Evdə artıq Zelenskini sevmirlər.
“ABŞ prezidentinin bəyanatları göstərir ki, o, Ukraynada seçkilərin mümkün qədər tez baş tutmasını və Zelenskinin danışıqlara daha uyğun biri ilə əvəzlənməsini istəyir. Bu, Trampın və onun müttəfiqlərinin güvəndiyi hərbi lider və ya biznesmen ola bilər”, – nəşr qeyd edib.