Almaniya XİN rəhbəri Trampı əlaqələri kəsməklə hədələyib
Almaniyanın xarici işlər naziri Annalena Berbok ABŞ prezidenti Donald Trampı ABŞ-la əlaqələri kəsməklə hədələyib.
Almaniyalı diplomatın bu reaksiyası ABŞ liderinin ukraynalı həmkarı Volodimir Zelenski və Ukrayna-Rusiya münaqişəsi ilə bağlı açıqlamaları fonunda gəlib.
“Biz amerikalılara təzyiqi artıracağıq ki, onlar Avropanın liberal demokratiyasını dəstəkləməyi dayandıracaqları təqdirdə itirəcəkləri çox şeyin olduğunu başa düşsünlər”, – diplomat bildirib.
Qeyd edək ki, bundan əvvəl Berbok Trampı Zelenskiyə hücumuna görə tənqid edərək, amerikalı siyasətçinin açıqlamalarının absurd olduğunu deyib.