“Bu gün ölkənin səhiyyəsi 1000 manat maaş alan həkimlərin çiyinlərindədir”-HƏKİMDƏN DEPUTATA TUTARLI CAVAB
“Bu gün səhiyyə 1000 manat maaş alan həkimlərin çiyinlərindədir, onların yox”
“Bu gün səhiyyədə ciddi problemlər mövcuddur. Bunu hamımız bilirik. Vəziyyətin düzəlməsi, həlli hansısa qadağa ilə olmur”.
Bunu Qaynarinfo-ya açıqlamasında radioloq Aydın Əliyev həkimlərin reklamının qadağan olunması ilə bağlı deputat Musa Quliyevin təklifinə münasibət bildirərkən deyib.
Aydın Əliyev hesab edir ki, ilk növbədə həkimin maddi rifah halı düzəlməlidir:
“Həkim niyə özəl klinikalara üz tutur? Məcburdur, çünki dövlət xəstəxanalarında həkimə 1000 manat maaş veririlir, 300-500 manat da bonus əlavə edilir. Heç bir həkim bu maaşa işləmək istəməz. Mən geridə qalan ölkələri nəzərdə tutmuram. Bunu deyən kimi “Semaşko”dan bir həkim çıxarırlar ki, “filankəs 10 min bonus alır”. 10 min bonus alan həkim bir, yaxud da iki nəfərdir. Ölkənin səhiyyəsi onların çiyinlərində deyil. Bu gün ölkənin səhiyyəsi 1000 manat maaş alan həkimlərin çiyinlərindədir. O biri də baxır, olanlarla qane olmur, demirəm ey, milyonçu olmaq istəyir. Normal həyat yaşamaq istəyir. Məcbur olub işini reklam edir, kefindən etmir ki? Deyiləsi problemlərimiz çoxdur”.
Həkim bildirib ki, hər şeyi qadağan etməyin sonu yaxşı olmayacaq:
“İndi hansı zəmanədir? Ona qadağa, buna qadağa? Məlum verilişlərə çıxan həkimlərdən biz özümüz də razı deyilik, əksəriyyət də narazıdır. Onlar məlum verilişlərə 10-15 min manat verirlər, sonra da gəlib həmin pulu xəstələrdən çıxarırlar. Bütün bunları ümumiləşdirib həkimləri qaralamaq olmaz. Mən normal həkimlərdən danışıram, hansı ki, ölkənin səhiyyə yükünü çiyinlərində çəkir. Onlar bu sahəyə illərini verib. Bunların hamısını bir yerə qatıb qaralamaq, pis gözlə baxmaq yalnış addımdır”.
Aydın Əliyev bu gün tibb sahəsinə üz tutan abituriyentlərin sayının azaldığını diqqətə çatdırıb: