• 24 Fevral 2025 01:33

“1921-ci il ssenarisinin təkrarlanmasına imkan vermədik” – Kobaxidze

“Gürcüstan hökuməti 1921-ci il ssenarisinin təkrarlanmasına imkan vermədi”.

 

Tacxeber.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, konkret qüvvələr həmin ssenarinin təkrarlanması üçün əllərindən gələnləri etdilər.

 

“Gürcüstan hökuməti ölkədə sülh və təhlükəsizliyi qoruyub saxlamağa nail oldu. Gürcüstanda ikinci cəbhənin açılmasına çoxlu səylər göstərilsə də, biz bu mübarizədə uğur əldə etdik. Radikal müxalifətlə koordinasiya olunan birbaşa tələblər və çağırışlar oldu, lakin hökumətin sayəsində Gürcüstanda 1921-ci il ssenarisi təkrarlanmadı”.

 

Qeyd edək ki, 1921-ci ilin fevralın 25-də Qırmızı ordu Tbilisiyə daxil olub və Gürcüstan Demokratik Respublikası devrilib. Həmin tarix Gürcüstanda Sovet işğalı günü kimi qeyd edilir.(Publika.az)

Tacxeber.com

Oxşar xəbərlər