Ürək xəstələri bu hərəkətləri etməməlidirlər! – XƏBƏRDARLIQ
“Ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar üçün fiziki aktivlik zamanı ən vacib məqam həddindən artıq yorğunluğa yol verməməkdir”.
Tacxeber.com xəbər verir ki, bu sözləri rusiyalı həkim Svetlana Semyonova deyib.
“Qaçış, uzunluğa və hündürlüyə tullanma, ağırlıq qaldırma kimi sürət və güc tələb edən hərəkətlərdən çəkinmək lazımdır. Psixoemosional amil də böyük rol oynayır. Emosional gərginlik fonunda istənilən fiziki aktivlik ürək fəaliyyətinin pozulmasına səbəb ola bilər. Buna görə də çimərlik voleybolu və ya yarış üzgüçülüyü kimi rəqabətə əsaslanan heç bir idman növü tövsiyə edilmir,” – deyə ekspert bildirib.
Həkimin sözlərinə görə, güc hərəkətləri ürək xəstəlikləri olan insanlar üçün faydalıdır, çünki əzələ nasosunu işə salaraq qan dövranını asanlaşdırır:
“Xüsusilə əl və ayaq əzələləri üçün edilən hərəkətlər periferik qan dövranını yaxşılaşdırır, əlavə kapilyarları açır və damar divarlarını möhkəmləndirir. Lakin bu hərəkətləri tam güclə deyil, yarı güclə yerinə yetirmək lazımdır.