• 23 Noyabr 2024 08:26

Sərhəd münaqişəsində 500-dən çox ev dağıdılıb

Sərhəd münaqişəsində 500-dən çox ev dağıdılıb

Sərhəd münaqişəsində 500-dən çox ev dağıdılıb

Tacikistanla sərhəddə baş verən silahlı münaqişə zamanı Qırğızıstanda 500-dən çox yaşayış binası və digər tikililər dağıdılıb.

Tacxeber.az Qırğızıstan mediasına istinadla xəbər verir ki, bunu respublikanın Fövqəladə Hallar Nazirliyi nəzdində fəaliyyət göstərən xilasedicilərin hazırlanması üzrə dövlət mərkəzinin rəhbəri Irısbek Joldoşbayev Bişkekdə keçirilən brifinqdə deyib.

“İlkin məlumatlara görə, silahlı toqquşmalar zamanı respublika ərazisində 364 ev, 9 sosial və 5 strateji obyekt, həmçinin 149 daşınmaz əmlak dağıdılıb. Eyni zamanda 168 yardımçı tikiliyə və 9 avtomobilə ciddi ziyan dəyib”, – deyə Irısbek Joldoşbayev bildirib.

Onun sözlərinə görə, Qırğızıstan-Tacikistan sərhədində hərbi əməliyyatların Batken və Oş vilayətlərinə vurduğu ziyanın qiymətləndirilməsi üzrə xüsusi komissiya yaradılıb. Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Marat İmankulov toqquşmalar nəticəsində respublikaya dəyən zərərin təxminən 1,5 milyard som (18,3 milyon dollar) təşkil edə biləcəyini deyib.

Qeyd edək ki, Qırğızıstan-Tacikistan sərhədində ağır silahlardan istifadə olunmaqla baş verən toqquşmalar nəticəsində Qırğızıstanda 59 nəfər həyatını itirib, 180 nəfər yaralanıb, 140 min nəfər isə təxliyə olunub. Tacikistan tərəfi isə öz növbəsində 35 vətəndaşının öldüyü, azı 20 nəfərin yaralandığı barədə məlumat verib.

Tacxeber.az

Oxşar xəbərlər