• 25 Fevral 2025 16:09

Putin: Zelenskinin ona qalib gəlmək şansı sıfırdır

Zelenskinin reytinqi onun seçkilərdəki potensial rəqibi Zalujnıdan (Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri – red.) iki dəfə aşağıdır.

 

Tacxeber.com TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

 

Onun sözlərinə görə, Zelenskinin problemləri var, çünki hərbi vəziyyət aradan qaldırılan kimi o, dərhal seçkiyə getməli olacaq: “Zelenskinin qalib gəlmək şansı sıfırdır”.

 

Putin deyib ki, Zelenski Rusiya ilə danışıqları qadağan edən fərmanla özünü dalana dirəyib. O, danışıqlardan yayınır, çünki bu, Ukraynada hərbi vəziyyətin ləğvinə və seçkilərə gətirib çıxaracaq.

Tacxeber.com

Oxşar xəbərlər