Vəkillikdən uzaqlaşdırılan Aşurovaya elektron qolbaq taxıldı
Bir müddət əvvəl vəkillik fəaliyyəti dayandırılan Tükəzban Aşurovanın barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Tacxeber.com qafqazinfo.az-a istinadən xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 312-1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə açılmış işə Ağcabədi Rayon Məhkəməsində baxılıb.
Bildirilib ki, T.Aşurova vətəndaşdan onun həbsdə olan yaxınını azadlığa buraxdıracağı adı ilə 10 min manat pul alıb.
Məhkəmə fəaliyyəti dayandırılan vəkilin bu maddə üzrə deyil, dələduzluq əməli cinayəti üzrə (178.2.4-cü maddə) cəzalandırılmasına qərar verib. Onun barəsindəki iş 178.2.4-cü maddəyə tövsif edilib və məhkəmənin hökmü ilə 43 yaşlı hüquqşünasa 3 il azadlığın məhdudlaşdırılması cəzası verilib.