• 25 Fevral 2025 21:59

Rusiya imperiya olması üçün bu iki ölkəni tam işğal etməlidir…-Ukrayna baş hərbi kəşfiyyatçısı

Budanov hesab edir ki, Rusiyanın əsl imperiyaya çevrilməsi üçün mütləq Ukraynaya, onun zavodlarına və resurslarına ehtiyacı var…

Rusiyanın Ukrayna ilə bağlı strateji hədəfi dəyişməz olaraq qalır və bu məqsədə çatana qədər fəaliyyətini davam etdirəcək.

 

Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin(BKİ) rəisi Kirill Budanov Rusiyanın genişmiqyaslı işğalının üçüncü ildönümü ilə bağlı keçirilən  YES (Yalta Avropa Strategiyası)platformasının xüsusi iclasında deyib.

 

“Onların strateji məqsədləri dəyişibmi? Təəssüf ki, cavab eynidir – yox. Məncə, bu məqsədlər heç vaxt dəyişməyəcək”, – baş hərbi kəşfiyyatçı belə deyib.

Kirill Budanov hesab edir ki, Rusiya özünü federasiya yox, daha çox imperiya kimi təsəvvür edir. Onun fikrincə, belə bir imperiyanın mövcud olması üçün ən azı üç dövlətin olması lazımdır: Rusiya, Belarus və Ukrayna.

 

O qeyd edir ki, Ukraynasız imperiya mövcud ola bilməz, ona görə də Rusiya “Ukraynanın mənimsənilməsini” həyata keçirmək üçün bütün mümkün üsullarla – hərbi, siyasi və cəmiyyətdaxili – hərəkətə keçəcək.

“Onlara bu ərazi və bu əhali lazımdır, bağışlayın, səhv səslənə bilər, ağ əhali. Onlara bizim zavodlarıməz lazımdır. Bizsiz imperiya mövcud ola bilməz. Ona görə də onların məqsədi dəyişməzdir”, – deyə Ukrayna BKİ rəhbəri vurğulayıb. (Moderator.az)

 

Tacxeber.com

Oxşar xəbərlər