• 26 Fevral 2025 01:09

Sosial mediada izlənmə rekordu: Tramp Maskın ayaqlarını öpdü – VİDEO

ABŞ Prezidenti Donald Trampın texnologiya milyarderi Elon Maskın ayaqlarını öpdüyü saxta video sosial mediada böyük marağa səbəb olub.

 

Tacxeber.com-ın əldə etdiyi məlumata əsasən, süni intellekt tərəfindən yaradılan bu videoda Trampın Maskın çılpaq ayaq barmaqlarını öpdüyü və ayaqlarına masaj etdiyi göstərilir.

 

Videonun üzərində böyük hərflərlə “GERÇƏK KRAL, ÇOX YAŞA” ifadəsi yazılıb. Bu görüntü ABŞ Bina və Şəhərsalma Nazirliyinin (HUD) Vaşinqtondakı binasında icazəsiz olaraq yayımlandıqdan sonra internetdə sürətlə yayılıb. Sosial media paylaşımları saatlar ərzində 6,4 milyondan çox izlənmə toplayıb.

 

Maskın “həqiqi kral” olaraq təsvir edildiyi bu video, Trampın “Truth Social” platformasında özünü “kral” adlandırmasına bir göndərmə ola bilər. Nazirlik binasında yayımlanan videodan məsul şəxslərin kimliyi və bu hadisənin nəticələri hələlik məlum deyil. Maskın Tramp üzərindəki təsiri isə gələcəkdə də tənqid və siyasi müzakirə mövzusu olaraq qalacaq kimi görünür.

Tacxeber.com

Oxşar xəbərlər