Zelenski 3,5 milyardı necə qaytaracaq? – Danko
Ukrayna göstərilən yardıma görə Slovakiyaya 3,5 milyard avro qaytarmalı olacaq.
Tacxeber.com xəbər verir ki, bu barədə Slovakiya Milli Şurasının (parlament) vitse-spikeri, respublikanın hökumət koalisiyasına daxil olan Slovakiya Milli Partiyasının sədri Andrey Danko bildirib.
“Zelenski onlara göndərdiyimiz 3,5 milyard avronu necə geri qaytaracaq? Bizim üçün 3,5 milyard avro böyük məbləğdir. Almanlar, fransızlar və amerikalılarla birlikdə pullarının qaytarılmasını tələb etsələr, Slovakiya da səssiz qala bilməz”, – o deyib.