Dövlət Xidməti: Dövlət saytlarına kütləvi DDOS hücumları müşahidə olunur
Bir neçə gündür ki, Azərbaycanda dövlət informasiya ehtiyatlarına kütləvi DDOS hücumları müşahidə olunur.
Tacxeber.com bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, Xidmət tərəfindən kiberhücumların qarşısının alınması və dövlət informasiya ehtiyatlarının fasiləsizliyinin təmin edilməsi üçün zərərli trafikin təmizlənməsi istiqamətində işlər davam etdirilir.