“22 il Baş nazir işləyib, nə şadlıq evi, nə restoranı olub…”
“22 il Baş nazir işləyib, nə şadlıq evi, nə restoranı, nə bir başqa obyekti-filanı olub, sadə və təvazökar həyat yaşayır Artur Rasi-zadə”.
Bunu keçmiş təhsil naziri Misir Mərdanov bu gün 90 yaşını qeyd edən A. Rasi-zadə ilə bağlı xatirələrində qeyd edib.
Rasi-zadəni gözütox şəxsiyyət kimi xarakterizə edən sabiq nazir onu Azərbaycanda ləyaqət və abır simvolu hesab etdiyini bildirib.
Mərdanovun sözlərinə görə, 2005-ci ildə 70 illik yubileyində bir dəstə qızılgülü böyük çətinliklə ona təqdim edə bilib:
“Ancaq bu şəxsiyyəti yaxından tanıyanların ürəyində böyük bir abidəsi var. Əmisi Hüseyn Cavidin abidəsinə oxşayan möhtəşəm, bir qədər də dünyanın işlərinə gülümsəyən, tamahkarlara məəttəl qalan, “adamlar bu qədər yığdıqlarını hara aparacaqlar?!” ritorik sualını düşünərək başını aşağı salmış bir abidədir…