• 27 Fevral 2025 01:50

Əziz Orucov haqqında hökm çıxarıldı.

Səbail rayon Məhkəməsində onun haqqında hökm çıxarılıb.

 

“Kanal 13” internet televiziyasının Bakı ofisinin rəhbəri Əziz Orucov 2 il azadlıqdan məhrum edilib.

 

Fevralın 26-da Səbail rayon Məhkəməsində onun haqqında hökm çıxarılıb. Əziz Orucov Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə təqsirli bilinib.

 

İttihamda göstərilib ki, o, Səbail rayonu ərazisində tikinti üçün dövlət orqanlarının icazəsi olmadan ev inşa etdirib.

 

Əziz Orucov özünü təqsirli bilmir, bu ittihamın absurd olduğunu deyir. Onun sözlərinə görə, Bakı və Bakıətrafı ərazilərdə 500 minə qədər icazəsiz tikilən ev var, buna görə heç kim onun kimi həbs olunmayıb. O, “Kanal 13”ün fəaliyyətinə görə cəzalandırıldığını deyir.

 

Əziz Orucov 2023-cü il noyabrın 27-də saxlanılıb. Onun evində və kanalın ofisində axtarış aparılıb.

 

“Kanal 13” rəhbərinə qarşı əvvəl Cinayət Məcəlləsinin 188.2 maddəsilə ittiham irəli sürülüb. Dekabrın 19-da Əziz Orucova Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə əlavə ittiham verilib.

 

İş məhkəməyə gələndə qaçaqmalçılıq ittihamına xitam verilib.

 

Tacxeber.com

Oxşar xəbərlər