Azərbaycanda məzarlığa yemək sifarişi: 12 qəbirdən sonra oturmuşuq – VİDEO
Azərbaycanda kuryer işləyən şəxsin başına iş gəlib.
Tacxeber.com xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Kuryer qarlı havada axşam saatlarında sifarş edilən məhsulu tətbiqdə göstərilən ünvana apardıqda gözlənilməz vəziyyətlə qarşılaşıb.
O, ünvan olaraq qəbiristanlığın qeyd edildiyini gördükdə sifariş edən şəxsə zəng edərək harada olduğunu sual edib.
Dəstəyi götürən müştəri isə yeməyi qəbiristanlığın içərisinə gətiriməsini istəyib.
“12 qəbir say, 12-ci qəbirdən sonra burada oturmuşuq”, – deyə qarşı tərəf söyləyib.