Zelenski təhlükəsizlik zəmanətinə inanmır
Zelenski təhlükəsizlik zəmanəti olmadan sazişi imzalamayacaq.
Tacxeber.com xəbər verir ki, bu barədə “The Economist” yazır.
Bildirilir ki, Prezident Volodimir Zelenskinin Ukrayna üçün daha geniş təhlükəsizlik təminatlarını ehtiva etməyən faydalı qazıntılar üzrə sazişdən sonra iqtisadi müqavilə imzalamaq planı yoxdur.
Nəşrin məlumatına görə, ilkin çərçivə sənədin parlament tərəfindən ratifikasiya olunmasına ehtiyac olmasa da, digər sənəd ratifikasiya olunmalıdır.