Nərimanovda səki restorana satılıb? – FOTOLAR
“Zeyd” restoranı səkinin əsas hissəsini zəbt edib.
Tacxeber.com xəbər verir ki, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Zeyd” restoranı piyadalar üçün nəzərə tutulan səkinin böyük hissəsini zəbt edib.
Bu, həm piyadaların hərəkətində çətinlik yaradır, həm də ərazidə yaşayan sakinlərin narazılığına səbəb olur.
Yay aylarında müştəri sayı çox olduğundan hərəkət daha da çətinləşir. Bir sözlə, yola davam edən piyadalar restoranın içərisindən keçməli olur.