• 23 Noyabr 2024 08:01

“Heç kim bizə yardım etmir, çox pis vəziyyətdə yaşayırıq” – Zəngəzurdakı ermənilər

“Heç kim bizə yardım etmir, çox pis vəziyyətdə yaşayırıq” – Zəngəzurdakı ermənilər

"Heç kim bizə yardım etmir, çox pis vəziyyətdə yaşayırıq" - Zəngəzurdakı ermənilər
Ermənistanın “1in TV” internet kanalı Sünik vilayətinin (Zəngəzur) Bayandur kəndində yaşayan ermənilərlə bağlı reportaj hazırlayıb.

Tacxeber.az xəbər verir ki, ötən həftə sərhəddə baş vermiş silahlı toqquşmalardan sonra təşvişə düşən ermənilər yerli qurumlar tərəfindən onlara diqqət göstərilmədiyini bildiriblər.

Onlar bölgədə qaz və elektrik təchizatında problemlərin olduğunu, çətin durumla üzləşdiklərini söyləyiblər. Bununla belə erməni sakinlər Zəngəzuru tərk etmək istəmədiklərini vurğulayıblar.

“Sərhəddə yenidən gərginlik yaransa da kəndi əsla tərk etməyəcəyik”, – ermənilərdən biri deyib.

Jurnalistin suallarını cavablandıran sakinlər onsuz da getməyə yerlərinin olmadığını qeyd ediblər. Onlar düşünür ki, İrəvana köçmək mənasızdır.

Bundan əlavə, hökumətin sərhəd bölgələrdə yaşayan vətəndaşlara laqeyd münasibət bəslədiyi, təhlükəsizlik tədbirlərinin lazımınca görülmədiyi diqqətə çatdırılıb.

Bəzi sakinlər silahla təminat və sığınacaqların yaradılmamasından şikayətləniblər. Bununla belə, onlar tezliklə sülhün əldə olunmasını istədiklərini deyiblər.

“Ermənistan hökuməti sərhəd bölgələrdə yerləşən kəndlərdən bixəbərdir. Bura heç kim yardım göndərmir, gərginlik və ehtiyac içində yaşayırıq”, -deyə ermənilər İrəvan hakimiyyətinə etiraz ediblər.

Tacxeber.az

Oxşar xəbərlər