Rusiyada daşınmaz əmlak bazarının azərbaycanlı “kralları” – SİYAHI
Rusiyada 2024-cü ilin daşınmaz əmlak “krallarının” reytinqi elan olunub və azərbaycanlı iş adamları siyahıya başçılıq edirlər.
Tacxeber.com xəbər verir ki, reytinqi “Forbes”in rus versiyası elan edib.
Siyahı 2024-cü ilin nəticələrinə əsasən dərc edilib.
Buraya daşınmaz əmlakın kirayəsindən ən çox gəlir əldə edən iş adamları daxil edilib və Azərbaycan əsilli sahibkarlar ilk sıralardadırlar.
Reytinq cədvəlində ilk onluğa aşağıdakı iş adamları liderlik edir.
1. Əslən azərbaycanlı olan iş adamları Qod Nisanov və Zaxar İliyevə məxsus “Kiyevskaya ploşad”. İllik icarə gəliri: 2 milyard dollar;
2. Samvel Karapetyan, “Taşir” – 685 milyon dollar;
3. Mixail və Sait-Salam Qutseriyevs, “Safmar” – 490 milyon dollar;
4. Tara ailəsi, “Enka” – 335 milyon dollar;
5. Aleksandr Klyaçin, “Gleden İnvest” – 315 milyon dollar;
6. Pavel Vaşenko və Valeri Mixaylov, “Riverstretch Trading & Investments” – 295 milyon dollar.
7. Araz Ağalarov, “Crocus Group”- 245 milyon dollar;
8. Vladimir və Feliks Yevtuşenkov, AFK Sistema – 240 milyon dollar.