• 28 Fevral 2025 22:29

Bu gün “Şuşa fatehi” Hikmət Mirzəyevin DOĞUM GÜNÜDÜR

Bu gün, Müdafiə nazirinin müavini, Quru Qoşunların komandanı, Vətən Müharibəsi Qəhrəmanı, general-polkovnik Hikmət Mirzəyevin doğum günüdür.

 

Tacxeber.com xəbər verir ki, Hikmət Mirzəyev 1968-ci ildə Biləsuvarda anadan olub.

 

O, Birinci Qarabağ müharibəsində xüsusi təyinatlı taborun tərkibində döyüşüb.

 

Hikmət Mirzəyev ulu öndər Heydər Əliyevin prezident olduğu illərdə polkovnik-leytenant rütbəsini daşıyıb. Ona polkovnik rütbəsini də məhz Heydər Əliyev təqdim edib. Hikmət Mirzəyev 2002-ci ilin 19 yanvarında Heydər Əliyevin imzaladığı sərəncamla general-mayor hərbi rütbəsini alıb.

 

Hikmət Mirzəyev 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsində Cəbrayılın və Şuşanın azad edilməsi əməliyyatlarına başçılıq edib.

 

Prezident İlham Əliyevin 2020-ci ilin oktyabrın 17-də imzaladığı sərəncamla Hikmət Mirzəyevə general-leytenant hərbi rütbəsi verilib. Hikmət Mirzəyev 2024-cü il yanvarın 11-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Quru Qoşunlarının komandanı təyin edilib. 2024-cü il noyabrın yeddisində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə general-polkovnik rütbəsi alıb.

 

Hikmət Mirzəyev adını tarixə “Şuşa fatehi” kimi yazdırıb.

Tacxeber.com

Oxşar xəbərlər