“Eləmişəm, get işinlə məşğul ol!” – Pənah Hüseynə QƏRİBƏ CAVAB
“Bu, maraqlı hadisə idi. Kiprə getmişdim. Hava limanında jurnalistlər məndən müsahibə götürdü. Əlaqələr və münasibətlər barədə soruşulanda dedim ki, Azərbaycan mütləq Şimali Kiprin müstəqilliyini tanıyacaq. Bu gün olmasa belə, sabah. Mən də o vaxt hələ nazir deyildim, baş nazirin müavini idim. Sən demə, bu müsahibəyə yunanlar da baxırmış”.
Tacxeber.com xəbər verir ki, bu sözləri sabiq təhsil naziri, professor Firudin Cəlilov “YouTube” platformasında yayımlanan “VIII GÜN” adlı verilişinə müsahibəsi zamanı deyib.
O, məlum hadisəyə sabiq baş nazir Pənah Hüseyn və mərhum prezident Əbülfəz Elçibəyin reaksiyasından da danışıb: