• 01 Mart 2025 07:06

Rus jurnalist qovuldu, Tramp “Zelenski hazır olanda qayıdar” dedi – Nələr baş verdi?

Bu gün Ağ Evdə çox vacib görüşümüz oldu. Belə vəziyyətlərdə emosiyaların özünü necə büruzə verməsi təəcüblüdür və mən belə qənaətə gəldim ki, prezident Zelenski ABŞ-ın iştirak etdiyi təqdirdə sülhə hazır deyil, çünki o hesab edir ki, bizim iştirakımız danışıqlarda ona əhəmiyyətli üstünlük verir”. 

 

Tacxeber.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbəti zamanı yaranan mübahisəyə münasibət bildirərkən deyib.

 

“Mən üstünlüklər istəmirəm, sülh istəyirəm. O, müqəddəs Oval Ofisdə Amerika Birləşmiş Ştatlarına hörmətsizlik etdi. O, sülhə hazır olduqda geri qayıda bilər”, – Zelenski bildirib.

 

Bundan əlavə, Rusiyanın TASS informasiya agentliyinin müxbiri prezidentlərin görüşündən qovulub.

 

Dövlət agentliyinin akkreditasiya olunmuş media qurumları siyahısında olmadığı vurğulanıb.

 

Reportyoru Oval kabinetdən Ağ evin mətbuat katibi Kerolayn Levitt müşayiət edib. Jurnalistin iki ölkə liderləri arasında görüşə buraxılması “səhv” adlandırılıb.

 

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla mübahisə etdikdən sonra Ağ Evi vaxtsız tərk edib.

 

Görüşü canlı yayımlayan “Associated Press” bunu “Oval kabinetdə açıq antaqonizmin heyrətamiz nümayişi” adlandırıb.

 

“Tramp Zelenskini ABŞ-yə Ukraynanın qiymətli minerallarına çıxış imkanı verəcək və onu Amerika liderinin şərtləri ilə müharibənin diplomatik həllinə sövq edəcək razılaşma əldə etməyə məcbur etmək səylərini ortaya qoydu”, – nəşr yazıb.

 

Xatırladaq ki, ABŞ ilə Ukrayna arasında minerallarla bağlı razılaşma imzalanmayıb və prezidentlərin birgə mətbuat konfransı ləğv edilib.

 

Ukrayna nümayəndə heyətinin də Ağ Evi tərk etdiyi bildirilir.

 

Həmçinin qeyd edilir ki, Zelenski görüş zamanı rusiyalı həmkarı Vladimir Putinin razılaşmalarla bağlı verdiyi vədlərə riayət etmədiyini söyləyib.

 

Donald Tramp isə  “Zelenskinin nifrəti dəhşətlidir. Bu halda nəticə əldə etmək çox çətindir” deyib.

 

ABŞ lideri vurğulayıb ki, ukraynalı həmkarı sövdələşməyə getməlidir, yoxsa ona kömək etməyəcək.

 

“Biz Ukraynadan çıxsaq, onunla (Putinlə) mübarizə aparacaqsınız və bu sonun gözəl olacağını düşünmürəm”, – o bildirib.

Tacxeber.com

Oxşar xəbərlər