• 01 Mart 2025 18:56

“Bunun dinə heç bir aidiyyəti yoxdur” – Elşad Miri Qazılar Şurasına qarşı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlaması ilə bağlı fətva verib. Fətvada qeyd edilib ki, Çərşənbələr daxil olmaqla Novruz bayramı gecəsində açılan süfrələr iftarın saatlarına uyğun olmalıdır.

 

Mövzu ilə bağlı Modern.az-a danışan ilahiyyatçı Elşad Miri bildirib ki, İslamda Qazılar Şurası kimi anlayış yoxdur:

 

“Bunlar sonradan uydurulmuş məsələlərdir. Bu qurum sadəcə hansısa vaxtlarda fətva verirlər. Quranda yazılıb ki, fətvanı verən yalnız Allahdır”.

 

Onun sözlərinə görə, verilən fətvanın mahiyyətinə gəldikdə, bu sadəcə gülüncdür, eynilə qurumun digər fətvaları kimi:

 

“Oruc tutan insan bilir ki, süfrəsini iftar zamanı açıb yeməlidir. Bunu gündəmə gətirib müzakirəyə çıxarmaq özü əbəsdir. Bunun dinə heç bir aidiyyəti yoxdur. İndi Qazılar Şurasımı qərar verəcək ki, kim nə vaxt nə yeyəcək?! Oruc tutanlar iftar vaxtında, digərləri də istədiyi vaxt yeməyini yeyəcək. Bu çox adi bir məsələdir”.

Tacxeber.com

Oxşar xəbərlər