Tualetdə 2 dəqiqədən çox qalanların maaşından kəsiləcək – Qəribə qadağa
Çində yerləşən “Three Brothers Machine Manufacturing” adlı istehsalat şirkəti işçilərə tualet qadağası qoyub.
Tacxeber.com xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.
Qeyd olunur ki, yeni qaydalara görə, işçilər iş saatları ərzində tualetdən 2 dəqiqə ərzində istifadə etməlidirlər.
Əgər hansısa işçi tualetdə təyin edilən vaxtdan çox qalarsa, şirkət tərəfindən cəzalandırılacaq.
İşçilərin sadəcə idrar etmək üçün tualetə getməsinə icazə verilir. Lakin hər hansı sağlamlıq probleminə görə tualetdə daha çox qalmaq istəyənlər əvvəlcədən insan resursları şöbəsindən icazə almalıdırlar.
Şirkət tualet yaxınlarına kameralar yerləşdirərək işçilərə nəzarət etməyə başlayıb.
Əgər işçilərin qaydalara əməl etmədiyi aşkarlanarsa 100 yuan (təx.24 AZN) cərimə tətbiq ediləcək.