• 23 Noyabr 2024 07:17

Balqabağın müalicəvi faydaları

Balqabaq mövsümünə qədəm qoyduq

Sentyabr və oktyabr aylarında yığılmağa başlayan balqabaq bütün qış süfrələrimizə dad verir. Payız fəslinin bəlkə də ən gözəl və faydalı tərəvəzidir.

Liflə zəngin, həzm sisteminiz üçün faydalı olan balqabağı sizlər üçün araşdırdıq.

Çiçəyindən-tumuna qədər ləzzət və şəfa qaynağı olan balqabağın tərkibindəki minerallar, vitaminlər insanı xərçəngdən qoruyur və cavan saxlayır.

Kalium və C vitamini ilə zəngin olan balqabaq qan təzyiqini tarazlayır. Vücudunuzu mikroblardan qoruyarkən, eyni zamanda gündəlik C vitamini ehtiyacınızın 35%-ni qarşılayır.

Xüsusilə soyuq qış günlərində və ya mövsümi keçidlərdə balqabaq istehlak edərək immunitet sisteminizi gücləndirə bilərsiniz.

Balqabaq tərkibindəki A vitamini ilə antioksidant baxımından çox yüksəkdir və bu xüsusiyyəti ilə allergiyaya qarşı qoruma təmin edir.

Ləti ilə çox zəngin olan balqabaq bağırsaqdakı problemlərin qarşısını alır və bağırsağın fəaliyyətini artırır. Şorba və ya püre kimi istehlak edilməsi körpələrdə qəbizliyin qarşısını almaqda təsirlidir.

Çatlamış və qurumuş dərilərdə də təsirli olan balqabaq xüsusilə qış aylarında tez-tez istehlak edilməlidir. Dərinizin nəmlənməsinə kömək etmək üçün balqabağı “peeling” kimi istifadə edə və ya şorbasını istehlak edə bilərsiniz.

Balqabaq, tərkibindəki ksantin sayəsində görmə qabiliyyətini yaxşılaşdırmağa kömək edir.

Tacxeber.az

Oxşar xəbərlər