Tramp Ukraynaya silah yardımını DAYANDIRDI
ABŞ prezidenti Donald Tramp Ukraynaya silah yardımını dayandırıb.
Tacxeber.com xəbər verir ki, bu informasiyanı Ağ Evin sözçüsü CNN-ə təsdiqləyib.
“Prezident sülhə sadiq olduğunu açıq şəkildə bildirdi. Bizim tərəfdaşlarımızın da bu məqsədə sadiq olmasına ehtiyacımız var. Biz yardımımızı dayandırırıq və bunu yenidən nəzərdən keçiririk. İnanırıq ki, bu, sülhə töhfə verəcək”, – bəyanatda deyilir.
Sözçü əlavə edib ki, hazırda Ukraynaya gedən və ya tranzit zonalarda tədarükünü gözləyən bütün Amerika hərbi texnikası Kiyev sülh danışıqlarına sadiqliyini nümayiş etdirməyincə ölkəyə daxil olmayacaq.